Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY: Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub

ADY: Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub


Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub.

Bu barədə Newscenter.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.

Məlumata görə, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Qurum bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.

"Report"un sorğusuna cavab olaraq, ADY-dən həmçinin bildirilib ki, axşam saatlarında qatarların qrafikində hər hansı dəyişiklik yoxdur.

Süleyman
Xəbəri paylaş