
İstanbulun Sabiha Gökçen Hava Limanı Avropanın ən işlək hava limanları arasında yer alıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbul Sabiha Gökçen Hava Limanı yanvar-fevral aylarında 8,7 faiz artımla sərnişin sayını artıran Avropanın ikinci hava limanı olub.
Avropa Hava Limanları Şurasının (ACI) 2025-ci ilin fevral ayı üçün hava hərəkəti hesabatına görə, Sabiha Gökçen Hava Limanı 2025-ci ilin yanvar-fevral aylarında 40 milyon və daha çox sərnişin kateqoriyasında “Əsas Hava Limanları” arasında Avropanın ikinci hava limanı kimi qərarlaşıb.
Sərnişin sayına görə isə fevralda və həmin ilin yanvar-fevral dövründə Avropa hava limanları arasında ən işlək 8-ci hava limanı olub.
Mehman Mehdiyev