Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Gürcüstanı dərin tarixi köklər bir-birinə bağlayır

Azərbaycanla Gürcüstanı dərin tarixi köklər bir-birinə bağlayır


"Azərbaycanla Gürcüstanı dərin tarixi köklər bir-birinə bağlayır. Uzun tarixi keçmişdən gələn bu bağlılıq, əlaqələr günümüzdə daha da inkişaf edir və yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan Gürcüstan prezidentinin bu günlərdə reallaşdırdığı səfər də Bakı ilə Tbilisi arasında münasibətlərin daha da inkişafında müstəsna rol oynayacaq".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, hər iki ölkəni birləşdirən ortaq maraqlardan biri ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır və regionun inkişafını birgə əməkdaşlıqda görürlər:

"Gürcüstanla Azərbaycan arasında bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. İki ölkənin birgə iştirak etdiyi enerji və nəqliyyat-logistika layihələri Bakı ilə Tbilisi arasında strateji tərəfdaşlıq münasibətləri formalaşdırıb. Eyni zamanda yeni-yeni əməkdaşlıq imkanları yaradıb".

Arzuman Muradlı deyib ki, Gürcüstan tərəfi də Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək əzmindədir və bunu istəyir:

"Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşündən sonra mətbuata verilən birgə bəyanatda Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakı və Tbilisi arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənəcəyinə və yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib. O deyib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün bütün şərait mövcuddur. Ölkələrimiz arasında dostluq qarşılıqlı hörmətə və milli maraqların qarşılıqlı surətdə nəzərə alınmasına əsaslanır. Biz qarşılıqlı etimadın və deyilən sözün dəyərini anlayırıq. Buna görə də Gürcüstan və Azərbaycanın strateji dostluğu və əməkdaşlığı nümunəvidir".

Süleyman
Xəbəri paylaş