Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Prezidenti: Azərbaycanla ümumi maraqların qorunması sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunam

Gürcüstan Prezidenti: Azərbaycanla ümumi maraqların qorunması sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunam


Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələr tərəfindən daxili işlərimizə müdaxilə obyekti olub. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhdidləri qətiyyətlə aradan qaldırır və regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

“Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib.

"Hər hansı üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin daha yaxşı olduğunu bizdən daha yaxşı bilməsi mümkün deyil. Azərbaycan və Gürcüstan arasında ümumi maraqların qorunması sahəsində əməkdaşlığın intensivləşməsindən məmnunam", - o əlavə edib.
Xəbəri paylaş