Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İş adamları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

İş adamları arasında əməkdaşlıq perspektivləri müzakirə edilib


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) özbəkistanlı sahibkarlarla əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və ortaq biznes layihələrinin həyata keçirilməsi istiqamətində müxtəlif sferalarda görüşlərini davam etdirir.

Newscenter.az-ın Özbəkistan bürosu xəbər verir ki, bu məqsədlə ATUİAB rəhbərliyi Sırdərya vilayətinə səfər edib.

ATUİAB İdarə Heyətinin sədri Ruslan İmanzadənin rəhbərlik etdiyi iş adamlarından ibarət heyət Sırdərya valiliyində görüş keçirib. Görüş zamanı sözügedən vilayətin biznes mühiti öyrənilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

NEWSCENTER.AZ
Xəbəri paylaş