Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstənilən vəziyyətə hazır olmalıyıq-TOKAYEV

İstənilən vəziyyətə hazır olmalıyıq-TOKAYEV



Hazırda qlobal iqtisadi vəziyyət qeyri-sabit xarakter alır və buna görə də istənilən vəziyyətə hazır olmaq lazımdır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Üazaxıstan prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib ki, hökumətin vəzifəsi əhalinin rifahının, iqtisadi artım tempinin, cəlb olunan investisiyaların həcminin azalmasının qarşısını almaqdır.

Prezident qeyd edib ki, qlobal böhranlar həmişə çağırışlarla zəngin olmaqla yanaşı, həm də inkişaf üçün yeni üfüqlər açır.

"Biz xalq qarşısında bütün əsas sosial öhdəliklərimizi yerinə yetirməli və mühüm infrastruktur layihələrini həyata keçirməyə davam etməliyik", -deyə prezident bildirib.


Mehman Mehdiyev
Xəbəri paylaş