
Avrasiya İqtisadi İttifaqı daxilində kənd təsərrüfatı sektoru son 5 ildə təxminən 15% artıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Aİİ-nin Aqrar-sənaye siyasəti departamentinin direktoru Naira Karapetyan məlumat verib.
Onun sözlərinə görə, İttifaq ölkələrinin şəkər bazarının davamlı inkişafı üçün əlavə tədbirlərin siyahısının təsdiq edilməsi planlaşdırılır.
Bu da şəkərin və əlavə məhsulların dərin emalı sahəsində innovativ işlənmələrin və texnoloji həllərin işlənib hazırlanmasını, habelə digər tədbirləri əhatə edəcək.
Mehman Mehdiyev