
Orta Asiya ölkələrinin ortaq televiziya kanalının açılması məsələsi nəzərdən keçirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın ədəniyyət və informasiya naziri Aida Balayeva məlumat verib.
Aida Balayevanın sözlərinə görə, yaxın vaxtlarda konkret qərarlar qəbul edilib.
"Biz ortaq telekanal ilə bağlı işə başlamışıq və birgə kontent istehsalı ilə əlaqədar konkret qərarlar qəbul etmişik. Beləliklə, hazırda Mərkəzi Asiya ölkələri regionda informasiya əməkdaşlığının gücləndirilməsinə yönəlmiş birgə telekanal və regional media platformasının fəaliyyətə başlaması imkanlarını nəzərdən keçirir", - deyə Balayeva bildirib.
Anar Əliyev