
Qazaxıstandan Azərbaycana taxıl ixracı artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Azərbaycana taxıl ixracı 99,4 dəfə artıb. Nəticədə ixrac 5 min tondan 497 min tona çatıb.
İrana da taxıl ixracında artım qeydə alınıb. Belə ki, bu ölkəyə taxıl ixracının həcmi 15,2 dəfə artaraq 825 min ton təşkil edib.
Ümumilikdə isə ötən ilin sentyabrından bu il aprelin 13-dək Qazaxıstandan 7 milyon ton taxıl ixrac edilib. Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, bu, ötən illə müqayisədə 35,2% çoxdur.
Qazaxıstan taxılını əsasən Orta Asiyaya ixrac edir.
Mehman Mehdiyev