Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici ölkələrin Türkiyədəki mədəniyyət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib

Xarici ölkələrin Türkiyədəki mədəniyyət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib


Türkiyənin paytaxtı Ankara şəhərindəki Yunus Emre İnstitutunda xarici ölkələrin qardaş ölkədəki mədəniyyət mərkəzlərinin rəhbərləri üçün görüş keçirilib.

Newscenter.az Azərbaycanın Türkiyədəki səfirliyinə bağlı Mədəniyyət Mərkəzinə istinadən bildirir ki, görüş zamanı Yunus Emre İnstitutu/Türkiyə Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Mərkəzi arasında əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşdə ölkəmizi Azərbaycanın Türkiyədəki səfirliyinə bağlı Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov təmsil edib.

Süleyman
Xəbəri paylaş