Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın bir çox iş adamlarının Cənubi Kiprdə biznesi, mülkləri, hesabları var

Azərbaycanın bir çox iş adamlarının Cənubi Kiprdə biznesi, mülkləri, hesabları var


Qazaxıstan , Türkmənistan, Qırğızıstan və Özbəkistanın Cənubi Kipr Respublikası qərarı müzakirə olunur.
Cənuni Kipri artıq dünya ölkələrinin əksəriyyəti tanıyıb. Bu dövlət Avropa Birliyinin üzvüdür və ən əsası isə BMT tərəfindən tanınmış və quruma tamhüquqlu üzv qəbul olunmuş ölkədir. Niyə beynəlxalq subyektin bir subyekti kimi tanınan ölkə ilə digər Türk Dövlətləri Birliyinə daxil olan digər ölkələr əməkdaşlıq etməsinlər?
Yeri gələndə Cənubi Kiprin 25 % əhalisi türkdür. Bu dövlətin də rəsmi dillərindən biri türk dilidir.
Xəbəriniz varmı ki, həm Türkiyənin həm Azərbaycanın strateji müttəfiqi Pakistanda Cənubi Kipr Respublikasının rəsmi səfirliyi fəaliyyət göstərir?
Özbəkistan illər ərzində Ermənistanla qapılarını bağlayıb əməkfaşlıq etmədi. İndi rəsmi və dünyanın tanıdığı bir dövlətlə Cənubi Kiprlə öz marağını düşünərək niyə əməkdaşlıq etməməlidir ki?
Azərbaycanın bir çox iş adamlarının Cənubi Kiprdə biznesi, mülkləri , hesabları var. Ona görə də Türk Dövlətlırinin Cənuni Kiprlə əlaqələrində təəcüblü, xəyanətlə bağlılığı olan bit məsələ yoxdur, bu addım təmamən o ölkələrin daxili işidir və belə məsələlərə görə kimisə xəyanətdə ittiham etmək olmaz.

Rəşad Quliyev
Xəbəri paylaş