Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diplomatiya qardaşlıq və ortaq məntiq zəminində icra edilməlidir

Diplomatiya qardaşlıq və ortaq məntiq zəminində icra edilməlidir


“Xarici siyasətdə balans vacibdir, amma həssaslıqlar gözardı edilməməlidir. Türk dünyası təkcə dil və soy bağlarından ibarət deyil. Hər addımda bir-birinin həssaslıqlarına diqqət yetirmək zərurətdir. Kıbrıs Türk xalqı illərdir şərəfli mübariz aparır.
Ona görə də Türk Dövlətləri Təşkilatının mövzu ilə bağlı prinsipial və məlumatlandırıcı bəyanat verməsi böyük əhəmiyyət daşıyır".

Newscenter.az xəbər verir ki, bunları EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə səfirlik açmaq istiqamətindəki diplomatik addımlarını dəyərləndirərkən söyləyib. O, deyib ki, bu təşəbbüslər Şimali Kipr Respublikasının (KKTC) beynəlxalq sahədə apardığı haqlı mübarizəyə xələləl gətirər.

Hikmet Eren Türk dünyasının xarici siyasətdə öz prioritetlərinə uyğun hərəkət etməsinin təbii olduğunu diqqətə çatdırıb:

"Ancaq bu cür addımlar KTC-nin beynəlxalq sahədə qanuni mövqeyini zəiflədə biləcək nəticələr verə bilər. Ona görə də atılan addımlar diqqətlə qiymətləndirilməlidir”.

Hikmet Eren deyib ki, diplomatiya qardaşlıq və ortaq məntiq zəminində icra edilməlidir:

“KKTC-nin haqlı davasına kölgə salmadan türk respublikaları arasındakı bağı qorumaq və dərinləşdirmək mümkündür. Bu gün atılan hər bir şüurlu addım sabah daha güclü türk dünyasına qapı açacaq".

Süleyman
Xəbəri paylaş