Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

29 miqrant qaçaqmalçı və 723 qeyri-qanuni miqrant saxlanılıb

29 miqrant qaçaqmalçı və 723 qeyri-qanuni miqrant saxlanılıb


Türkiyədə 29 miqrant qaçaqmalçı və 723 qeyri-qanuni miqrant saxlanılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. Nazir bildirib ki, miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya təşkilatçılarına qarşı təşkil edilən yoxlamalar zamanı 29 miqrant qaçaqmalçılığı təşkilatçısı və 9-u xarici ölkə vətəndaşı olmaqla 723 qeyri-qanuni miqrant aşkar edilib.

Telikaya deyib ki, qeyri-qanuni miqrantlara qarşı mübarizə çərçivəsində 4 min 505 kvadratmetrlik bina, 7 min 634 ictimai yer, 475 terminal və 6 min 36 digər yer olmaqla cəmi 18 min 650 yerdə 26 min 621 personalla yoxlanş aparılıb.

"Biz ictimai asayiş və təhlükəsizliyə xələl gətirmədən qanun və sivilizasiya dəyərlərinə münasibətdə bütün dünya üçün nümunəvi model təklif edirik. Biz müntəzəm və qeyri-qanuni miqrasiya, beynəlxalq müdafiə, könüllü, təhlükəsiz və ləyaqətli qayıdış, miqrant qaçaqmalçılığı ilə mübarizə və sərhədlərin idarə edilməsi kimi miqrasiyanın bütün aspektləri ilə məşğul oluruq",-deyə nazir bildirib.

Anar Əliyev
Xəbəri paylaş