Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ texnologiyası Qazaxıstan yollarında sınaqdan keçiriləcək

ABŞ texnologiyası Qazaxıstan yollarında sınaqdan keçiriləcək



Qazaxıstanda yol tikintisi zamanı Amerika texnologiyalarından istifadə ediləcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə “Qazaxıstan Yol Tədqiqat İnstitutu” SC-nin vitse-prezidenti Erik Əmirbayev mərkəzi kommunikasiyalar xidmətində keçirilən brifinqdə bildirib.

O deyib ki, yol tikintisi mövsümü çərçivəsində “Superpave” texnologiyası yeddi respublika əhəmiyyətli yolda sınaqdan keçiriləcək.

"Qazaxıstan yolların keyfiyyətinin yaxşılaşdırılmasında və istismar müddətinin uzadılmasında yeni mərhələyə qədəm qoyur. Bu il müasir “Superpave” texnologiyası və ya “super asfalt” standartı təqdim olunacaq və yeddi yolda sınaqdan keçiriləcək",- deyə Səhmdar Cəmiyyətin rəhbəri vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş