
İyunun 16-20-də Bakıda İNDFY Forum (International Networking and Development Forum) keçiriləcək.
Forumun təşkilat komitəsindən Newscenter.az-a bildirilib ki,
müasir dünyada yalnız akademik biliklər uğurlu gələcək üçün kifayət etmir. Liderlik, qlobal baxış, sosial bacarıqlar və beynəlxalq əlaqələr gənclərin təhsil və karyerasında əsas rol oynayır. Məhz bu məqsədlə INDFY FORUM yaradılıb.
Bu forum müxtəlif ölkələrdən olan tələbələri bir araya gətirərək onlara qlobal perspektivlə tanış olmaq, liderlik qabiliyyətlərini inkişaf etdirmək və güclü peşəkar əlaqələr qurmaq imkanı verir.
Süleyman