
Qazaxıstanla Əfqanıstan arasında iqtisadi sahədə əlaqələr genişlənir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, rəsmi Astana bu ölkəyə investisiya yatırmaq barədə düşünür. Bu məqsədlə Qazaxıstanın milli iqtisadiyyat naziri Serik Jumanqarinin Əfqanıstana səfəri nəzərdə tutulub.
Saytın məlumatına görə, Qazaxıstanın baş nazirinin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqarinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-dən 23-dək Kabildə səfərdə olacaq. Səfər çərçivəsində Əfqanıstan rəsmiləri ilə görüşü və Qazaxıstan mallarının sərgisinin keçirilməsi planlaşdırılır.
Mehman Mehdiyev