
İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına başladığı hücumlarda həlak olan fələstinlilərin sayı 51 mini keçib.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu müddət ərzində yaralıların sayı isə 116 mini keçib.
Məlumata görə, yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında Qəzza zolağına şiddətli hücumlarını bərpa edib.
İsrail ordusunun yenidən hücumlara başlamasından bu yana əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1630 fələstinli həyatını itirib, 4302 nəfər isə yaralanıb.
Mehman Mehdiyev