
Türkdilli dövlətlərin əməkdaşlığına həsr olunmuş tarixi buraxılış hazırlanacaq.
Newscenter az-ın Özbəkistan bürosu xəbər verir ki, bu barədə "Özbəkistanın İqtisadi Bülleteni” jurnalının baş redaktoru Şoxrux Azamov məlumat verib.
Bildirib ki, buraxılışda müsahibə və məqalələri ilə yüksək vəzifəli şəxslər, nazirlər, səfirlər və iş adamları – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Özbəkistandan olan nümayəndələr iştirak edəcək.
Bundan əlavə, buraxılışda TÜRKPA, TÜRKSOY və İƏT-in Baş katiblərinin müsahibələri dərc olunacaq.
Jurnal üç dildə nəşr olunacaq və dövlət elitası, aviaşirkətlərin təyyarələri, sürətli qatarlar, diplomatik korpus, 5 ulduzlu otellər və s. kimi platformalarda yayılacaq.
Newscenter.az