
Qazaxıstanda iki pasiyent antibiotik xəstəxanada vurulandan sonra dünyasını dəyişib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, həmin şəxslər xəstəxanada iynə vurdurduqdan sonra müalicə aldıqdan otaqlarına gedib və bir müddət sonra vəfat ediblər. Onların ölümündən sonra aparılan yarılma zamanı anafilaktik şok aşkarlanıb.
Ölənlərdən biri, 29 yaşlı kişi bir neçə gün əvvəl boğaz ağrısı ilə xəstəxanaya yerləşdirilib.
İkincisi, 50 yaşlı rayon sakini həyat yoldaşı ilə birlikdə tibb müəssisəsinə gedib. Orada cütlüyə müvafiq dərmanların siyahısı verilib və müalicə təklif olunub.
Anar Əliyev