Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər dənizi 50 kilometr kiçilib: alimlər həyəcan təbili çalır

Xəzər dənizi 50 kilometr kiçilib: alimlər həyəcan təbili çalır


Xəzər dənizi kiçilir. Bu, Qazaxıstanın biomüxtəlifliyini və sənayesini təhdid edir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Orta Asiya Ətraf Mühitin Tədqiqatları İnstitutunun təbii fəlakətə səbəb ola biləcək problemlə bağlı yaydığı məlumat qeyd edilib.

Qeyd edilir ki, Xəzər dənizi iqlim dəyişikliyi səbəbindən qorxulu sürətlə kiçilir, ciddi ekoloji və iqtisadi problemlər yaradır.

Tədqiqat Lids Universitetindən doktor Mirqali Baymuxanov, doktor Altynai Kaidarova və ekoloq Asel Tasmagambetova tərəfindən birgə aparılıb. Onlar deyirlər ki, hətta suyun səviyyəsinin orta dərəcədə azalması Qazaxıstanın Şimali Xəzər sahillərinə dramatik təsir göstərəcək və yaşayış yerlərinin itirilməsinə səbəb olacaq. Məsələn, balıqçılıq tənəzzül edəcək, gəmiçilik dayandırılacaq və əhalinin sağlamlığı təhlükə altına düşəcək.

"Xəzər dənizinin Qazaxıstan hissəsi çox dayazdır. 2001-ci ildən şimal-şərq sahil xətti 50 km-dən çox geri çəkilərək su sahəsinin minlərlə kvadrat kilometrini quruya çevirib. Xəzər dənizinin səviyyəsi 5 metr aşağı düşərsə, ekoloji və bioloji əhəmiyyət kəsb edən ərazilərin 60%-ə qədəri, Qazaxıstanda isə suyun səviyyəsi 10 metr aşağı düşə bilər”, - deyə tədqiqat institutu yazıb.

Mehman Mehdiyev
Xəbəri paylaş