Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanla mebel sənayesində əməkdaşlıq imkanları müzakirə edilir

Özbəkistanla mebel sənayesində əməkdaşlıq imkanları müzakirə edilir


Azərbaycanla Özbəkistan arasında iqtisadi sahədə əlaqələrin inkişafı yeni-yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına yol açır. İş adamları arasında qarşılıqlı səfərlər hər ötən gün əlaqələri yeni bir mərhələyə daşıyır.

Bu günlərdə Azərbaycanın mebel sənayesinin tanınmış şirkətlərindən ibarət nümayəndə heyəti Özbıkistana səfər edib. Newscenter.az-ın Özbəkistan bürosu xəbər verir ki, “ERZ Ofis Mebel”leri , “Fire Universal Group” və “ Flame Control” şirkətlərinin rəhbərləri Özbəkistanın eyni profilli biznes qrumları ilə görüş keçirib, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin yollarını müzakirə ediblər.

Səfər çərçivəsində azərbaycanlı iş adamları Daşkentdə Azərbaycan Türkiyə Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) İdarə Heyətinin sədri Ruslan İmanzadə ilə də görüşüblər. Görüş zamanı Ruslan İmanzadə rəhbərlik etdiyi qurumun fəaliyyəti, qarşısına qoyduğu məqsədlər barədə qonaqları məlumatlandırıb. Eyni zamanda, görüşdə ATUİAB rəhbəri Özbəkistanın biznes mühiti barədə azərbaycanlı iş adamlarını məlumatlandırıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Süleyman
Xəbəri paylaş