Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Albaniyaya getdi

Ərdoğan Albaniyaya getdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya gedib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, 47 ölkə liderinin qatılacağı sammit çərçivəsində Ərdoğan ikitərəfli danışıqlar da aparacaq.

Sammitdə 47 ölkənin liderləri ilə yanaşı, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentləri də iştirak edəcək.

Ərdoğanın təmasları zamanı qlobal və regional hadisələri, xüsusilə İstanbulda Rusiya-Ukrayna danışıqlarını dəyərləndirəcəyi gözlənilir. Ərdoğan İsrailin qətliamlarını və Qəzzada baş verən humanitar faciəni də gündəmə gətirəcək.

Anar Əliyev
Xəbəri paylaş