
Ermənistanın baş naziri Nikol Paşinyanın İctimai Televiziyaya açıqlaması müsbət addımdır. Amma, ənənəvi ritorikadan istifadə etdi. Hər hansı bir müsbət açıqlama vermədi. Çünki, seçkilərə hazırlıq prosesindədir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq qeyd edib ki, Paşinyan parlamentdə mövcud Ermənistan Konustitusiyanın ölkəsinin inkişafına əngəl olduğunu vurğulayıb:
"Onun dəyişdirilməsinin vacibliyini dəfələrlə qeyd edib. Azərbaycan televiziyasına ölkəsinin Konustitusiyasını tənqid edə bilməzdi. Bizi qane etməyən açıqlama verdi. Hətta Azərbaycan Konustitusiyasında Ermənistana ərazi iddialarının olduğunu vurğulamaqla bir növ daxili auditoriyasında xal qazanmağı hədəflədi. Tipik öyrəndiyimiz erməni mövqeyindən çıxış etdi".
Məhəmməd Əsədullazadə bildiirb ki, Paşinyan seçkilərdən sonra referendum keçirib, konustitusiyanı dəyişəcək:
"Hazırda Ermənistan və Azərbaycan arasında liderlərin görüşünə de ehtiyac yoxdur. Sülh mətni hazır, sərhədlərin delimitasiya və demarkasiya komissiyası işləyir. İkitərəfli rabitə kanalı var. Liderlərin görüşü üçün əsas bir səbəb də yoxdur".
Süleyman