Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Macarıstana gedir

Tokayev Macarıstana gedir



Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Macarıstana səfər edəcək.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfərdə məqsəd Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etməkdir.

Səfər mayın 20-21-də baş tutacaq.

Xatırladaq ki, ötən il noyabrın 6-da Qırğızıstanda təşkilatın sonuncu sammiti keçirilib. 1992-ci ildə isə Türkiyənin o vaxtkı prezidenti Turqut Özalın təşəbbüsü ilə Ankarada türk dövlətlərinin ilk sammiti təşkil olundu. Tədbirdə Əbilfayz Elşibəy, İslam Kərimov, Nursultan Nazarbayev, Saparmurad Niyazov və Əsgər Akayev iştirak edirdi. O vaxt heç bir təşkilat yaranmamışdı. İkinci sammit isə İstanbulda keçirilib.

Cavid İmaməliyev
Xəbəri paylaş