
"Biz əcdadlarımızın müqəddəs əmanət olaraq qoyub getdiyi vətəni, Cümhuriyyəti qoruyur, ölkəni hər sahədə irəli aparacaq, şöhrətləndirəcək addımlar atırıq. Türk gəncliyinin “Türk Əsri”nə öz imzalarını atacaqlarına ürəkdən inanıram”.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə ünvanladığı təbrik mesajında qeyd edib.
Türkiyə lideri deyib ki, biz gənclərimizi yalnız gələcəyin memarları kimi deyil, həm də dəyişikliklərin hərəkətverici qüvvəsi kimi görürük:
"Mən ürəkdən inanıram ki, sivilizasiya irsimizi qəlblərində daşıyan türk gəncliyi “Türk əsri” olaraq enerjisi, əzmkarlığı və arzuları ilə yaşadığımız çağda iz qoyacaq.
Biz gənclərimizə elmdən sənətə, idmandan kənd təsərrüfatına, diplomatiyadan nüvə texnologiyalarına qədər hər sahədə öz potensiallarını kəşf etmələri üçün imkanlar yaradır, böyük və qüdrətli Türkiyə idealımızı həyata keçirmək üçün gənclərimizlə əl-ələ veririk".
Süleyman