Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il 1 228 qadın məişət zorakılığı cinayətindən zərər çəkib

Keçən il 1 228 qadın məişət zorakılığı cinayətindən zərər çəkib


2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22 325 zərərçəkmiş şəxsin 7 130-u qadın olub.

Newscenter.az xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında qeyd edilib.

Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd olunub ki, Baş prokurorluğun statistikasına əsasən, zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb.

Müqayisə üçün bildirilib ki, 2023-cü ildə 24 287 zərərçəkmiş şəxsin 7 134-ü qadın olub. Həmin il zərərçəkmiş qadınlardan 2 996-sı xəsarət alıb, 296-sı ölüb.

Hesabata əsasən, 2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1 471 (2023-cü ildə 1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə - 1224) qadın olub, onlardan 1 196-sı (2023-cü ildə 1173) xəsarət alıb.

2024-cü ildə 22 485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1 235-i qadın olub.

2023-cü ildə 25 006 cinayət törətmiş şəxsdən 1 299-u qadın olub.
Xəbəri paylaş