Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərkisyan-Köçəryan klanının fəallaşmasınds Rusiya izi

Sərkisyan-Köçəryan klanının fəallaşmasınds Rusiya izi


"Hazırda Ermənistanda Sarkisyan və Köçəryan klanının yenidən fəallaşması, əslində Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra bu mövcud olan Rusiyaya bağlı hücrələrin fəallaşacağı ehtimallarını bir az da artırdı. Çünki, Lavrovun İrəvanda səsləndirdiyi bəyanatlara diqqət yetirsək görərik ki, o, üstüörtülü şəkildə Rusiyanın Ermənistan üzərində olan xidmətlərini və əziyyətlərini belə asanlıqla ABŞ və Avropaya yedizdirmək niyyətində deyil".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Lavrovun siyasi dildə verdiyi mesajlar əslində Ermənistan hakimiyyətinə qarşı verilən eyhamlı mesajlar kimi də qəbul etmək olar:

"Əlbəttə ki, hər şey mümkündür. Bu gün Rusiya Ermənistanda hakimiyyəti dəyişə bilər gücünə nə qədər sahibdir, sualı da hər kəsi maraqlandıran suallar içindədir. Əgər Rusiya Ermənistanda siyasi hakimiyyəti dəyişə bilsə, bunun təsiri nəinki Azərbaycana, həmçinin bütün postsovet məkanına ola bilər. Bu baxımdan nəzərə almaq lazımdır bütün ehtimal variantları".

Anar Əliyev
Xəbəri paylaş