Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FETÖ-yə qarşı daha bir əməliyyat, 54 nəfər həbs edildi

FETÖ-yə qarşı daha bir əməliyyat, 54 nəfər həbs edildi


Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, terror təşkilatının hazırkı strukturu ilə bağlı mərkəzi İstanbul olan 6 vilayətdə keçirilən əməliyyatda 54 şübhəli saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Maltəpə, Kartal, Pendik və Tuzla rayonlarında təşkilata yeni üzv qəbul etmək üçün fəaliyyətlər göstərilib.

Araşdırmalardan sonra terror təşkilatının mövcud strukturuna daxil olan, əməliyyat xəttindən istifadə edən, gizli rabitə modelli taksa telefonlarından zəng edən, "ByLock" istifadə edən, SGK-ya və təşkilatın nəzarətindəki şirkətlərdəki birliklərə üzvlük sənədləri olan 58 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş