
"Rusiya Ermənistanda müxalifətə dəstək verməklə seçkilərdə N. Paşinyanı devriməyə çalışacaq. Xüsusilə Gümrüdə müxalifətin mer seçilməsi, müxalifət və Rusiyanı ciddi şəkildə ümidləndirib".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməklə, sülh müqaviləsinə mane olmaq və yalnız öz nəzarətində yeni bir müqavilə bağlatdırmaqla nəqliyyat yollarına tam nəzarət etməyi planlaşdırır:
"N. Paşinyan "Yerevan dialoqunda" çıxışnda özünün "sülhpərvər" açıqlaması ilə, prosesləri dalana aparır. Ermənistan parlament seçkilərinə kimi referendum edib, konustitusiyanı dəyişərək, sülh müqaviləsi bağlayarsa, Türkiyə və Azərbaycanla münasibətlər normallaşacaq. Nəticədə özünün hakimiyyətdə saxlaya və Rusiyanın təsirini neytrallaşdıra bilər. Hazırkı situasiyada Rusiya Ermənistanda mövqelərini gücləndirməyə çalışır".
Süleyman