
"Son illərdə Xəzərin səviyyəsinin nəzərəçarpacaq şəkildə azalması nəticəsində böyük ekoloji fəlakətlə üz-üzə qalmışıq. Düzdür, Xəzərdə suyun azalması yeni torpaq sahələrinin meydana gəlməsinə səbəb olur, lakin bunun xeyirdən daha çox ziyanı var. Çünki dənizdə canlılar məhv olur, ekoloji durumu mənfiyə doğru dəyişir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. Millət vəkili qeyd edib ki, digər Xəzəryanı ölkələrlə birlikdə dənizdə suyun səviyyəsinin azalmasına qarşı birgə tədbirlər həyata keçirilməlidir:
"Əks təqdirdə yaxın vaxtlarda daha ciddi problemlərlə qarşılaşacağıq".
Süleyman