
Türkiyədə siqaret fərdi vərdiş olmaqdan kənara çıxıb və sosial sağlamlıq problemi hesab olunur.
Newscenter.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi belə bir açıqlama verib. Müxtəlif vətəndaş cəmiyyəti təşkilatlarının məlumatlarına görə isə, ölkədə hər gün 300-ə yaxın insan siqaretlə bağlı xəstəliklərdən dünyasını dəyişir.
Mütəxəssislər tütündən istifadənin ürək xəstəliklərindən xərçəngə, tənəffüs xəstəliklərindən vaxtından əvvəl ölümlərə qədər bir çox ciddi sağlamlıq problemlərinə səbəb olduğunu bildirərək təcili tədbirlər görülməsinə çağırır.
Məlumatda o da bildirilib ki, dünyada hər il 8 milyon insan siqaretdən ölür.
Cavid İmaməliyev