
Fransada uşaqların oilduğu yerlərdə siqaret çəkmək qadağan edilir.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə səhiyyə naziri Catherine Voutrin məlumat verib. Bildirib ki, iyulun 1-dən etibarən uşaqların olduğu parklar, çimərliklər və bağlar kimi açıq ərazilərdə siqaret çəkilməsi qadağan ediləcək.
Nazir qadağaya əməl etməyənlərin 135 avro cərimə oluna biləcəyini deyib. Qərar ölkənin bəzi ictimaiyyət nümayəndələri, xüsusilə siqaret aludəçiləri tərəfindən etirazla qarşılanıb.
Anar Əliyev