Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə qayıqda partlayış oldu

Türkiyədə qayıqda partlayış oldu


Türkiyədə sahilə yan alan qayıqda partlayış baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğlanın Bodrum rayonunda qeydə alınıb.

Belə ki, Rayondakı marinada yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə yanaşan qayıqda naməlum səbəbdən partlayış baş verib.

Partlayışdan sonra qayığın böyük hissəsi zədələnərək suya girib, ilkin məlumata görə, 3 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və tibb briqadası göndərilib.

Anar Əliyev
Xəbəri paylaş