
Qazaxıstanda hərbi hissələrdən birində yanğın hadisəsi baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Aktauda qeydə alınıb.
Regional fövqəladə hallar idarəsi xəbər verib ki, Aktauda hərbi hissədə yanğın olub.
Manqistau vilayətinin “101” təcili yardım şöbəsinə yanğın barədə saat 20:50-də məlumat daxil olub.
Məlumata görə, Aktau şəhərinin sənaye zonasında yerləşən ərzaq anbarı yanıb. Yanğın 70 kvadratmetr ərazini əhatə edib.
Anar Əliyev