Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreyaya məxsus təyyarə yanıb

Cənubi Koreyaya məxsus təyyarə yanıb


ABŞ-ın Alyaska ştatında keçirilən təlimlər zamanı Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcı təyyarəsi zədələnib.

Newscenter.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilir ki, Qırmızı Bayraq - Alyaska təlimləri çərçivəsində Seul vaxtı ilə təxminən 09:02-də havaya qalxmaq cəhdi zamanı təyyarədə yanğın baş verib.

Təyyarədə olan hər iki şəxs xəsarət almasa da, onlar ən yaxın xəstəxanaya aparılıb.

Yonhap xəbər verir ki, dəymiş ziyanın dəqiq ölçüsü məlum deyil. Cənubi Koreya Hərbi Hava Qüvvələri insidentin səbəbini müəyyən etmək üçün Amerika tərəfi ilə əlaqə saxlayır.

Anar Əliyev
Xəbəri paylaş