Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan bir çox həqiqətləri anlayıb

Ermənistan bir çox həqiqətləri anlayıb


Özü üçün növbəti "Təhlükəsizlik çətiri" axtarışında olan baş nazir Nikol Pashinyanın Ankaraya səfəri göstərir ki, Ermənistan sonunda bir çox həqiqətləri anlayıb. Bu həqiqətlər daha əvvəllər də dəfələrlə səsləndirilib.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, əks halda Azərbaycan və Türkiyənin razılığı olmadan Ermənistan dizi üstdən qalxmayacaq:

"Bunun üçün ilk növbədə Ermənistan üzərinə götürdüyü yazılı və şifahi öhdəlikləri qısa zamanda yerinə yetirməlidir. Heç bir kənar ölkə və ya qüvvə Ermənistana təhlükəsizlik zəmanəti verə bilmir. Avropa missiyasının üzvlərinin hər 50 km-dən bir sərhəddə patrul xidməti adı altında maşınlarda hərəkət etməsi və binokl ilə ərazilərimizi müşahidə etməsi həm missiya üzvləri, həm Ermənistan üçün təhlukəlidir".

Ekspert bildirib ki, müharibədə nailiyyət ağlamaq və başqalarını evinə dəvət etməklə əldə olunmur:

"Ermənistan prosesləri bilərəkdən növbəti seçkilərə qədər uzatmaqla səbr kasamızı daşdırır. Bu isə Ermənistan üçün yeni sürprizlər, yeni reallıqlar və daha ağır tələblər yarada bilər".

Anar Əliyev
Xəbəri paylaş