Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha çox hansı narkotiklərdən istifadə edilir?

Daha çox hansı narkotiklərdən istifadə edilir?


Bu gün Özbəkistanda əsasən 15 növ narkotikdən istifadə edilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, narkotik aludəçilər ənənəvi olaraq marixuana, xaşxaş, həşiş, tiryək, heroin, psixotrop maddələrdən olan preqabalin, tropikamid, sibutramin, zaleplon, gabapentin və sintetik alfa-PVP, mephedrone, spicesdən istifadə edirlər.

Məlumata görə, cari ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər törətdiklərinə görə 4195 nəfər saxlanılıb. Onlardan 1 ton 882 kq narkotik vasitə, 894 255 ədəd güclü təsir göstərən vasitələr götürülüb.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 801 fakt müəyyən edilib, 567 cinayət işi başlanıb, 158 inzibati tədbir görülüb.

Süleyman
Xəbəri paylaş