Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir

Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir


Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.

Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.

Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

Təlim iyulun 10-dək davam edəcək.



Mehman Mehdiyev
Xəbəri paylaş