
Özbəkistanda narkotiklərin yayılmasının aradan qaldırılması üçün süni intellektdən istifadə olunacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb.
Narkotik vasitələrin yayılmasının müəyyən edilməsi və kökündən onların mənbəyinin aradan qaldırılması üçün videomüşahidə kameraları və süni intellektdən istifadə etmək qərarlaşdırılıb.
Məlumata görə, cari ilin əvvəlindən respublikada baş vermiş cinayətlərin 42 faizini kibercinayətkarlıq təşkil edib.
Qeyd edək ki, bununla bağlı təqdimatda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak edib.
Süleyman