Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın idman tarixində Olimpiya medalı əldə edən ilk azərbaycanlı qadın

İranın idman tarixində Olimpiya medalı əldə edən ilk azərbaycanlı qadın


İranın idman tarixində Olimpiya medalı əldə edən ilk azərbaycanlı qadın idmançı Kimya Əlizadə olub.

Newscenter.az xatırladır ki, o, 1998-ci il, iyulun 10-da İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olub.[

Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir.

Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb. Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb.

Kimya Əlizadə 2015-ci ildə Çelyabinsk şəhərində keçirilən Dünya Çempionatında və 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

2017-ci ildə Cənubi Koreyanın Muju şəhərində keçirilmiş Dünya Çempionatında gümüş medala sahib olub.

2020-ci ildə İran hakimiyyəti onun uğurlarını şəriətlə əlaqələndirdiyinə görə, mühacir kimi Avropaya köçüb.

Anar Əliyev
Xəbəri paylaş