Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üzgüçülük hovuzunda kütləvi zəhərlənmə baş verdi

Üzgüçülük hovuzunda kütləvi zəhərlənmə baş verdi


Qazaxıstanda üsgüçülük hovuzunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Atırau vilayətində qeydə alınıb.

Məlumata görə, üzgüçülük hovuzlarından birində çimən insanlar xlordan zəhərlənib. Onlardan 14 nəfərinin səhhətində problemlər müşahidə edilib və 3 nəfər xəstəxanaya yerləşdirilib.

Hovuzdan nümunələr götürülüb və epidemiya əleyhinə tədbirlər görülüb. Bildirilib ki, hazırda laboratoriya analizləri davam edir.

Faktla bağlı polis cinayət işi açıb, araşdırma aparılır.

Anar Əliyev
Xəbəri paylaş