
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
Newscenter.az bildirir ki, "Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.