Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı sərnişin olmayıb

Amurdakı təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlı sərnişin olmayıb


Rusiyanın Amur bölgəsində “An-24” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında azərbaycanlı və Azərbaycan vətəndaşı yoxdur.

Newscenter.az xəbər verir ki. bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində “An-24” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 42 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində 48 nəfər həyatını itirib.
Xəbəri paylaş