
Bank kartını başqasına verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Newscenter.az Polisia.kz-a istinadən xəbər verir ki, Qazaxıstanın Daxili İşlər Nazirliyi şəxsi məlumatların qorunması və maliyyə fəaliyyəti sahəsində təhlükəsizliyin artırılması məqsədilə cinayət qanunvericiliyinə əlavələr edib. Belə ki, Cinayət Məcəlləsinin yeni 232-1-ci maddəsinə dəyişiklik edilib.
Qeyd edilir ki, öz bank rekvizitlərini üçüncü şəxslərə təqdim edən, habelə maddi mükafat və ya əmlak mənfəəti üçün üçüncü şəxsin maraqları naminə və ya onları əldə etmək məqsədi ilə və ya mənfəət əldə etmək məqsədi ilə ödəniş və ya pul köçürmələri həyata keçirən şəxslərə qarşı cinayət məsuliyyəti tətbiq ediləcək.
Daxili İşlər Nazirliyi tövsiyə edir ki, bank məlumatlarınızı heç vaxt üçüncü tərəflərə verməyin.
Anar Əliyev