Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il 10 istiqamətdə pullu yollar tətbiq edilib

Bu il 10 istiqamətdə pullu yollar tətbiq edilib


Qazaxıstanda bu il ərzində 10 istiqamətdə pullu yollar tətbiq edilib. Nəticədə, pullu yolların ümumi uzunluğu 3,2 min kilometrdən 5,2 min kilometrə qədər artıb.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat verib. Agentliyin məlumatına görə, hökumət büdcə xərclərinin səmərəliliyini artırmaq üçün bunu tətbiq edib.

O da bildirilib ki, 2025-ci ildə bütün kateqoriyalı avtomobil yollarının təxminən 13 min kilometri tikinti və təmir işləri ilə əhatə olunub.

İlin sonuna qədər 6,1 min kilometr yol işlərinin başa çatdırılması planlaşdırılır. Bunlara tikinti və yenidənqurma (847 kilometr), əsaslı və orta təmir (2,2 min kilometr) və yerli əhəmiyyətli yolların təmiri (3,1 min kilometr) daxildir.

Anar Əliyev
Xəbəri paylaş