
Belarusun paytaxtı Minskdə Avrasiya təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransı işə başlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, tədbir iki gün davam edəcək. Tədbirdə Rusiya, Macarıstan və Şimali Koreyanın xarici işlər nazirliklərinin rəhbərləri, həmçinin KTMT və ŞƏT nümayəndələrinin iştirakı gözlənilir.
Belarus Xarici İşlər Nazirliyinin məlumatına görə, forumda 40-dan çox ölkə və 7 beynəlxalq təşkilatın nümayəndə heyəti iştirak edəcək. Bunlara Avropa, Asiya və Yaxın Şərq ölkələrinin xarici işlər nazirləri, inteqrasiya birliklərinin rəhbərləri, parlament nümayəndələri, tədqiqat institutları və beyin mərkəzləri daxildir.
Mehman Mehdiyev











































