Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Əfqanıstanda tekstil sənayesini bərpa edir

Özbəkistan Əfqanıstanda tekstil sənayesini bərpa edir


Özbəkistan Əfqanıstanda tekstil sənayesini bərpa edir.

Newscenter.az "Sputnik Özbıkistan"a istinadən bildirir ki, Əfqanıstanda tekstil sənayesinin bərpası üzrə artıq praktiki işlər başlanıb, Özbəkistan Ticarət və Sənaye Palatasının (TSP) nümayəndələri sənaye mütəxəssisləri ilə birlikdə bir sıra müəssisələrdə tədqiqatlar aparıblar.

Bu işlər Özbəkistan TSP ilə Əfqanıstan dövlət müəssisəsi "Əfqan Tekstil Korporasiyası" arasında əvvəllər imzalanmış əməkdaşlıq memorandumu əsasında həyata keçirilir.

Sənəddə Özbəkistanda fəaliyyətini dayandıran bəzi müəssisələrin Əfqanıstanda lokallaşdırılması da yer alır.

Mehman Mehdiyev
Xəbəri paylaş