Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox investisiya yatıracaq

Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox investisiya yatıracaq


Qazaxıstan nəqliyyat dəhlizlərinin inkişafına 23 milyard dollardan çox investisiya yatıracaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Avrasiya İnkişaf Bankının "Avrasiya Nəqliyyat Strukturu" adlı hesabatda bildirilir.

Sənədə əsasən, Qazaxıstan Avrasiya nəqliyyat strukturunun inkişafına investisiya qoyuluşuna görə Avrasiya regionunda 13 ölkə arasında ikinci yeri tutub. Bu, ümumi investisiyanın 10%-ni təşkil edir. Respublika həmçinin 44% həcmlə Orta Asiyada birinci yerdədir. Qazaxıstanda ümumilikdə 42 layihə həyata keçirilir və ya planlaşdırılır. Onlardan ən azı dördü sərhədyanı xarakter daşıyır.

Avtomobil yolu sektorunun inkişafına 16,7 milyard dollar və ya ümumi məbləğin 71,7%-i investisiya qoyulması planlaşdırılır. Dəmir yolu sektoruna 4,2 milyard dollar ayrılacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş