Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya nüvə proqramı məsələsində İranı dəstəkləyəcək

Rusiya nüvə proqramı məsələsində İranı dəstəkləyəcək


Rusiya İrana nüvə proqramı ilə bağlı böhranın həlli üçün həll yolları tapmaqda dəstək verir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov deyib. O bildirib ki, Moskvanın Tehrana dəstəyi bu istiqamətdə davam edəcək.

"Rusiya və İran Qərb ölkələrinin günahı ucbatından yaranmış proses ətrafındakı vəziyyəti həll etmək üçün daim təmasdadırlar. Biz hazırkı böhranın uzunmüddətli siyasi və diplomatik həllinin tapılmasında Tehrana hərtərəfli dəstək veririk və göstərməyə davam edəcəyik", - deyə diplomat vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş