Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Faiq Ələkbərli “Türk dünyası və Yusif Balasaqunlu” adlı onlayn forumda iştirak edib

Faiq Ələkbərli “Türk dünyası və Yusif Balasaqunlu” adlı onlayn forumda iştirak edib


Qırğızıstanıb paytaxtı Bişkekdə Yusif Balasaqunlu adına Qırğız Milli Üniversitetinin 100-cü yubileyinə həsr olunmuş “Türk dünyası və Yusif Balasaqunlu” başlıqlı beynəlxalq II. Forum keçirilib.

Newscenter.az xəbər verir ki, forumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli onlayn formada iştirak edib.

Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial-fəlsəfi görüşləri və Türk fəlsəfəsi” adlı məruzəsində 11-ci əsrdə yaşamış mütəfəkkirin ictimai-siyasi və fəlsəfi-əxlaqi baxışlarının geniş şəkildə təhlilini verib. Onun sözlərinə görə, Yusif Balasaqunlunu bir tərəfdən yunan-roma fəlsəfəsi, digər tərəfdən türk fəlsəfəsindən bəhrələnərək, bunun nəticəsində dəyərli əsərlər qələmə alıb.

Süleyman
Xəbəri paylaş